Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi ikitərəfli münasibətlərin dəstəklənməsi və inkişafı planına uyğun olaraq 13 ildən sonra Dəməşqdə rəsmi olaraq fəaliyyətə başlayıb.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi yazıb: “İran silahlarının bəzi ölkələrə ötürülməsi ilə bağlı yalan və azdırıcı xəbərlərin yayılması, sadəcə olaraq, ABŞ və bəzi Qərb ölkələrinin Qəzzə zolağında törədilən soyqırıma kütləvi qanunsuz silah dəstəyinin ölçülərini gizlətməyə yönəlmiş çirkin təbliğat və yalandır.”
Məsud Pezeşkiyan prezidentlik dövrünün ilk xarici səfərində, çərşənbə günü siyasi və iqtisadi rəsmilərdən ibarət yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə üç günlük rəsmi səfər üçün İraqa gedəcək.
Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi bu gün səhər Telegram hesabında yazıb: “Bir neçə illik işğal və mühasirədən sonra Yəmən xalqı Allahın lütfü ilə böyük imtiyazlar, nailiyyətlər əldə edə bildi."
İslam İnqilabının Rəhbəri Kohgiluyə və Boyer Əhməd vilayətinin şəhidlər konqresinin təşkilatçıları ilə görüşündə düşmənlərin xalqlara zərbə vurmaq üçün psixoloji müharibəsinə işarə edərək, buyurublar: "Düşmənin əli onların iddia etdikləri qədər dolu deyil".