İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial media hesabından paylaşdığı mesajda bildirib: "Vicdanı olan heç kim Qəzzada baş verən soyqırımla bağlı səssiz qala bilməz".
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial media hesabından İsrailin Qəzzaya hücumlarına münasibət bildirib.
Kənani mesajında aşağıdakı ifadələrdən istifadə edib:
"Sionist rejim ABŞ-ın dəstəyi ilə Qəzzada soyqırım törətməkdə davam edir. Bu qara ləkə ABŞ-dan heç vaxt silinməyəcək. Dünya BMT Təhlükəsizlik Şurasını gözləyirmi?
Bu şuranın ABŞ-ın vetosu və İngiltərə və Fransanın sionist rejimə dəstəyi sayəsində bu rejimin öldürmə maşınının dayandırılması və fələstinlilərə qarşı soyqırımına son qoyulması iradəsi yoxdur.
Qəzza bəşəriyyətin vicdanını sınayacağı bir imtahandır. Qəzzada fələstinlilərin qətliamına, 2 milyondan çox insanın mühasirəyə alınmasına, xəstəxanaların bombalanmasına, xəstələrin və uşaqların öldürülməsinə vicdan sahibi heç kim səssiz qala bilməz”.