26.05.2021 14:12:56
Venesuelada İsrail zülmlərinə etiraz əlaməti olaraq aksiya keçirilib
Venesuela paytaxtında İsrail zülmlərinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, yüzlərlə şəxs İsrailin fələstinlilərə qarşı hücumlarına etiraz və Fələstin xalqına dəstək xarakterli aksiya keçiriblər.
Karakasın mərkəzində təşkil olunan aksiyada etirazçılar Fələstin və Venesuela bayraqları dalğalandırılaraq Şərqi Qüds, Məscidul Əqsa və Qəzzaya qarşı hücumlarını qınayıblar.
Aksiyada "Fələstinə azadlıq!", "Yaşasın Fələstin!", "İnsanlıq düşməni İsrail" plokatları diqqət çəkib.
Fələstinin bu ölkədəki səfiri Fadi Alzaben mediaya müsahibəsində İsrailin Fələstini xəritədən silmək istədiyini önə çəkərək "Beynəlxalq ictimaiyyət, İsrailin hücumlarını cəzasız qoyma mədəniyyətinə son qoymalıdır. Artıq bitsin, hücumlar dursun.", -deyə bildirib.