Venesuela prezidenti xalqa çağırış etdi: ABŞ-ın işğalına hazır olun!

Venesuela prezidenti xalqa çağırış etdi: ABŞ-ın işğalına hazır olun!

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın yeni zorakılıq dalğası başlatmağı və Venesuelaya işğal etməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Sputnik-in məlumatına görə, Venesuelanın paytaxtı Karakasda dünən keçirilən anti-imperializm nümayişində çıxış edən Maduro deyib:

"Dünən bir radio yayımında yaxın günlərdə Venesuelada şiddət dalğasının olacağı qeyd edildi. Venesuela artıq idarə edilə bilməz və beş müstəqil respublikaya bölünəcək. Amerika Dövlətləri Təşkilatı artıq Venesuelaya qarşı Qarşılıqlı Yardım Müqaviləsini həyata keçirməyə hazırlaşır. Müvafiq olaraq, Dəniz Piyadaları Korpusunun sürətli cavab qüvvələri Venesuelaya daxil olmağa hazır olmalıdır”.

"Biz ABŞ-ın torpaqlarımızı işğal etməsinə yox deyirik" deyən Venesuela lideri, "İmperializmə qarşı çıxan bütün hökumətlər həmişə hücumlara məruz qalır", - deyə bildirib.

"Venesuela özünü müdafiə edəcək və özünə hörməti təmin edəcək", - Maduro bildirib.

Xəbəri paylaş

VİDEOLAR