Venesuela parlamenti koronavirusa görə işini dayandırdı

Venesuela parlamenti koronavirusa görə işini dayandırdı

Venesuela parlamenti koronavirus pandemiyası ilə əlaqədar bir həftə müddətinə işini dayandırıb.

Venesuela parlamenti koronavirus pandemiyası ilə əlaqədar bir həftə müddətinə işini dayandırıb.

Rasthaber Trend-ə istinadən məlumatına görə, bu barədə parlamentin sədri Xorxe Rodriges bildirib.

Qeyd olunur ki, aprelin 5-dən etibarən parlamentin plenar, eləcə də komissiya iclasları keçirilməyəcək. Parlament bu həftə yalnız zərurət yaranacağı təqdirdə toplana bilər.

Bir müddət əvvəl Venesuela prezidenti Nikolas Maduro aprelin 5-dən başlayaraq sərt karantin tədbirlərini daha bir həftə müddətinə uzatdığını elan etmişdi.

Ölkədə bu günədək 166 mindən çox şəxs koronavirusa yoluxub, 1 644 nəfər vəfat edib.

Xəbəri paylaş

VİDEOLAR