Venesuela: İsrailin hücumları beynəlxalq humanitar hüququn pozulmasıdır

Venesuela: İsrailin hücumları beynəlxalq humanitar hüququn pozulmasıdır

Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında sionist rejimin Suriyaya etdiyi hücumlar pislənilib.

Az.rasthaber.com xəbər verir ki, Venesuela hökumətinin sionist İsrail tərəfindən Suriyanın Dəməşq və Hələb hava limanlarına raket hücumları bölgədəki vəziyyəti daha da pisləşdirib.

Venesuela Xarici İşlər Nazirliyi öz bəyanatında bildirib:

“Venesuela hökuməti İsrail ərazisindən atılan raketlərin eyni vaxtda Suriyanın Dəməşq və Hələb beynəlxalq hava limanlarını vuraraq hər iki hava limanında təyyarələrə və uçuş-enmə zolaqlarına ciddi ziyan vuraraq onları yararsız hala salmasını qətiyyətlə pisləyir. Mülki hədəflərə edilən bu hücum İsrailin Fələstin xalqına qarşı qəddar və ölümcül hərbi əməliyyatlarından sonra bölgədəki vəziyyəti daha da pisləşdirən bir hərəkətdir və beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilə bilər".

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın hərbi mənbədən verdiyi xəbərə görə, sionist İsrail ordusu dünən yerli vaxtla saat 13.50-də Dəməşq və Hələb beynəlxalq hava limanlarına hava hücumu həyata keçirib.

Xəbərdə bildirilib:

"Uçuş zolaqları zədələnib. Hər iki hava limanı xidmətdən çıxdı".

Sionist rejim qəzetlərindən biri olan Haaretz də işğal rejim ordusunun Hələb və paytaxt Dəməşqin beynəlxalq hava limanlarını hədəf aldığını açıqlayıb.

Bundan əlavə, sionist İsrailin 12-ci kanalı mənbə kimi sionist rejim ordusuna istinad edərək hücumu təsdiqləyib.

Xəbəri paylaş

VİDEOLAR