Vaşinqton Post: İran və Türkiyə PUA gücünə çevrilib

Vaşinqton Post: İran və Türkiyə PUA gücünə çevrilib

ABŞ-ın "Vaşinqton Post" qəzeti İran və Türkiyənin PUA gücünə çevrildiyini yazıb.

Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, ABŞ-ın "Vaşinqton Post" qəzeti İran və Türkiyənin PUA gücünə çevrildiyini yazıb.  

Qəzet yazıb ki, Donald Tramp administrasiyasının general Qasim Süleymaninin üçüncü bir ölkədə öldürülməsi PUA hücumlarının mümkün istifadəsi ilə bağlı beynəlxalq narahatlıqları artırıb.  

"Vaşinqton Post" ABŞ hökumətinin Qasim Süleymaninin qətlinə səbəb olan pilotsuz təyyarə zərbəsinin yalnız üçüncü bir ölkənin ərazi suverenliyinin pozulması deyil, eyni zamanda başqa bir ölkəni hədəf alan dronların ilk istifadəsi olduğunu qeyd edib.  

Qəzetin yazdığına görə, Trampdan əvvəl Barak Obama terrorçuları hədəfə almaq üçün pilotsuz təyyarələrdən istifadə etmişdi, lakin Tramp beynəlxalq qanunları pozaraq, üçüncü dövlətin ərazisində general Qasim Süleymanini qətlə yetirib.  

"Vaşinqton Post" İran və Türkiyəni PUA gücləri kimi xarakterizə edərək, bunları yazıb:

"İranın pilotsuz aparatları qabaqcıl yerli pilotsuz təyyarələrlə təkmilləşdirilib və İran bu pilotsuz təyyarələri bölgədəki müttəfiqlərinə təmin edir.

Türkiyə isə gücünü və etibarını göstərmək üçün PUA istifadə edərək, ən tanınmış PUA ölkələrindən biri halına gəlib". 

Xəbəri paylaş

VİDEOLAR