ÜST rəhbərindən növbəti dəfə xəbərdarlıq

ÜST rəhbərindən növbəti dəfə xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi bildirib ki, ötən dörd həftədə dünyanın əksər nöqtələrində koronaya yoluxmanın yeni halları səksən faizdən çox artıb

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Tedros Adhanom "pandemiya xəstəliyindən son dərəcə təhlükəli bir dövr" barədə xəbərdarlıqla deyib ki, olduqca yoluxucu delta ştammının sürətlə yayılması ilə dünya korona qarşısında öz nailiyyətlərini itirmək təhlükəsi qarşısında durub.

Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi vaksinlər təsirli olmaqda davam edir.

Digər tərəfdən, Amerikada xəstəliklərlə bağlı nəzarət və profilaktika mərkəzi koronavirusun delta ştammını su çiçəyi xəstəliyinin keçiriciliyi kimi izah və xəbərdarlıq edibdir ki, bu ştamm güclü xəstəliklərə bais ola bilər.

Bir çox ölkələrdə səhiyyə və sağlamlıq sistemləri son dərəcə təzyiq altındadırlar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 132 ölkədə aşkar edilən delta ştammı dünyada qalib ştamma çevrilməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatının baş eksperti Mayk Rayan deyib ki, hazırda bu təşkilat tərəfindən təsdiqlənmiş vaksinlər delta da daxil olmaqla bütün korona ştammları qarşısında mühafizəni artırır və güclü xəstəliyin və yatağa düşməyin qarşısını alırlar.

COVID-19 virusunun delta ştammı dünyanın azı 98 ölkəsində yayıldığına görə, onun sirayət miqdarı digər ştammlara nisbətən çoxdur.

Xəbəri paylaş

VİDEOLAR