Ümumdünya Səhiyyə Təşkilatı Pfizer/BioNTech koronavirus vaksinini təcili dərmanlar siyahısına salıb.
"ÜST Pfizer/BioNTech şirkətinin istehsalı olan mRNA COVID-19 vaksinini təcili dərmanlar siyahısına daxil etdi, o, bir il əvvəl koronavirus infeksiyasının alovlanmasından sonra ilk belə peyvənd oldu", - qurumun məlumatında deyilir.
Qeyd olunur ki, vaksinin bu siyahiya daxil edilməsi onun UNICEF və Panamerika Səhiyyə Təşkilatı tərəfindən alınaraq ehtiyac duyulan ölkələrdə yayılmasına imkan yaradacaq.