ÜST-dən gücləndirici peyvəndlə bağlı dünya ölkələrinə çağırış

ÜST-dən gücləndirici peyvəndlə bağlı dünya ölkələrinə çağırış

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri azgəlirli ölkələrin daha çox peyvənd dozası almaları üçün ölkələri gücləndirici peyvəndlərin tətbiqini azı iki ay dayandırmağa çağırıb.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus Macarıstanın paytaxtı Budapeştdə olarkən jurnalistlərə verdiyi açıqlamasında üstünlüyün əhalisinin yalnız 1% və ya 2%-nin peyvənd olunduğu ölkələrə verilməli olduğunu deyib.

Tedros "gücləndirici peyvəndlərin ümumiyyətlə təsirli olub-olmadığı ilə bağlı mübahisə var" deyərək, gücləndirici peyvəndlərin faydasını şübhə altına alıb.

Macarıstan Avropa İttifaqında gücləndirici doza təklif edən ilk ölkə oldu və ABŞ və İsrail də daxil olmaqla, əhalisinə üçüncü dozalar etməyə başlayan və ya təklif etməyi planlaşdıran bir çox ölkəyə qoşulub.

Ümumdünya Səhiyyə Təşkiltı keçən həftə bildirib ki, mövcud faktlar COVID-19-un gücləndirici dozasına olan ehtiyaca qarşı şübhə yaradır.

Pfizer peyvəndinin bazar ertəsi federal hökumətin tam təsdiqini elan etməsindən sonra, ABŞ-da daha çox yerli obyekt və təşkilat insanlardan vaksin olunduğunun sübutunu tələb edəcəyini bildirirb.

Xəbəri paylaş

VİDEOLAR