ÜST direktoru koronavirusun labaratoriyada yaradılmasını istisna etmir

ÜST direktoru koronavirusun labaratoriyada yaradılmasını istisna etmir

Bu barədə "Daily Mail" xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus G7 zirvəsində "COVID-19" virusunun laboratoriyadan sızması versiyasını istisna etmədiyini və Çinin virusun mənbəyini araşdırmağa kömək etməsini lazım olduğunu bildirib.

Rasthaber Azərbaycan Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" xəbər verir.

"Düşünürəm ki insanlar virusun haradan gəldiyini öyrənməlidirlər, buna layiqdirlər. Bu, gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün lazımdır", - deyə nəşr ÜST-nin baş direktorundan sitat gətirib.

 

Onun sözlərinə görə, koronavirusun mənşəyi ilə bağlı istintaqın başlanğıcında Çin tərəfindən kifayət qədər "şəffaflıq və əməkdaşlıq" göstərilməyib.

Xəbəri paylaş

VİDEOLAR