Uşaq qatili Netanyahu Rifah əməliyyatına icazə verib

Uşaq qatili Netanyahu Rifah əməliyyatına icazə verib

İşğalçı sionist İsrailin baş naziri Netanyahunun orduya Rəfah şəhərində fəaliyyət göstərməsinə icazə verdiyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, müharibə kabinetinin görüşündən sonra HƏMAS-ın atəşkəs təklifini qiymətləndirən Netanyahu razılaşmanı 'absurd' olduğu səbəbi ilə rədd edib. Daha sonra 1,5 milyon qaçqın və mülki əhalinin yaşadığı Rəfah şəhərində əməliyyata icazə verilib.

ABŞ, Aİ ölkələri və bütün dünya ölkələri İsrail qüvvələrinin Rəfahdakı əməliyyatının “fəlakətlə bitəcəyini” bəyan etmişdilər. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar İsrailin baş nazirinə əməliyyata icazə verməmək barədə xəbərdarlıq ediblər.

Açıqlamada Netanyahunun Qəzzanın cənubundakı Rəfah şəhərində İşğal altındakı İsrail Müdafiə Qüvvələrinin əməliyyat planını təsdiqlədiyi, İsrail ordusunun əməliyyat və mülki şəxslərin təxliyyəsi üçün hazır olduğu qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR