İngiltərənin “The Guardian” qəzeti uşaq qatili sionist İsrailin Şifa xəstəxanasının HƏMAS-ın qərargahı kimi istifadə edilməsi ilə bağlı iddiaları təkzib edib.
Az.rasthaber.com xəbər verir ki, “The Guardian” yazıb: “İsrail Müdafiə Nazirliyinin qüvvələri Şifa xəstəxanasını ələ keçirməzdən əvvəl tibb kompleksini İsrailə qarşı hücumların planlaşdırıldığı HƏMAS qərargahı kimi göstərmək üçün çox səy göstəriblər”.
Xəbərdə İsrail Müdafiə Nazirliyinin xəstəxanadakı silahlarla bağlı paylaşdığı videoda "dəlillərin iddialardan geri qaldığı" və "kiçik ölçülü silahların yer aldığı" qeyd edilib.
Xəbərdə sözügedən “kiçik silahlar”ın xəstəxanada hərbi varlığa işarə etdiyi, lakin Şifa xəstəxanasının ələ keçirilməsindən əvvəl İsrailin yayımladığı animasiyada heç bir silah, sursat və ya hərbi varlığın izlərinin olmadığı vurğulanıb.
The Guardian bildirib ki, hətta İsrail Müdafiə Nazirliyinin xəstəxanadan olduğunu iddia etdiyi videolar da şübhəli olub.
Xəbərdə BBC şərhçisinin İsrailin Şifa xəstəxanasında MRT aparatının arxasında silah çantası tapıldığı iddiasını təkzib etdiyi və silahların oraya sonradan qoyulduğunu göstərən görüntülər əldə etdiyi ifadə edilib.
The Guardian xəbər verir ki, İsrail qüvvələrinin xəstəxanada tapılan silahların video yazılarının "montaj edilmədiyi" barədə bəyanatı BBC jurnalistləri tərəfindən təkzib edilib və videolar yenidən redaktə edilib.