Üsamə Həmdan: General Seyid Razi Qüds şəhididir!

Üsamə Həmdan: General Seyid Razi Qüds şəhididir!

HƏMAS hərəkatının yüksək səviyyəli liderlərindən olan Üsamə Həmdan sionist rejimin şəhid Seyid Razi Musəvinin alçaq şəkildə öldürülməsini pisləyib və bunları vurğulayıb: Seyid Razi Qüds şəhididir və Netanyahu, kabineti və ordusu daim bir məğlubiyyətdən digərinə sürüklənir.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın yüksək səviyyəli liderlərindən olan Üsamə Həmdan çıxışında işğalçı sionist rejimin Qəzzada bəyan etdiyi məqsədlərin heç birinə nail ola bilmədiyini və onların hamısında uğursuzluğa düçar olduğunu bildirib və bu sözləri deyib:

Bu rejimin baş naziri Benyamin Netanyahu daim bir məğlubiyyətdən digərinə sürüklənir və onun yeganə uğuru mülki əhalinin qətliamıdır."

Üsamə Həmdan Beyrutda keçirdiyi mətbuat konfransında deyib:

"Nasist sionist rejimi xalqımıza qarşı başlatdığı soyqırım müharibəsində hər cür silahdan istifadə etməkdən çəkinmədi, son əsrdə Fələstin xalqına qarşı mümkün hər cür hərbi cinayəti etdi və dünyanın ən çirkli ordusu amerikan pulu və silahı ilə müdafiəsiz dinc əhaliyə hücum edib.Onlara qarşı apardığı soyqırım müharibəsinin şahidi oluruq. Lakin müqavimət Netanyahunun, onun nasist kabinetinin və dəhşətə gələn və məğlub olan ordusunun bütün planlarını alt-üst etdi.

Qəzzə xalqı nə torpaqlarını tərk edib, nə də təslim olub, nə də sionist məhbuslar müqavimət şərtlərini qəbul etmədən təslim olacaqlar. Netanyahu və onun ordusu və kabinet rəsmiləri irəliyə doğru yollarını görə bilmirlər və bir uğursuzluqdan digərinə sürüklənirlər. Netanyahuya qarşı yeganə seçim məğlubiyyəti qəbul edib onun taleyi ilə üzləşməkdir".

Xəbəri paylaş

VİDEOLAR