Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) sionist işğalçı rejimin hücumlarına görə Qəzzada təmiz suya çıxışın ciddi problem olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, UNRWA-nın açıqlamasında Qəzzada təmiz su çatışmazlığı səbəbiylə yaşanan çətinliklərə diqqət çəkilərək, təmiz suyun olmamasının yoxsulluq və xəstəlik səbəbiylə daha çox insanın ölməsinə səbəb ola biləcəyi xəbərdarlığı edilib.
Minlərlə insanın az sayda duş kabina və tualetini paylaşdığı, duş ala bilməməyin dəri xəstəliklərinin yayılmasına səbəb olduğu bildirilib.
UNRWA-nın Kommunikasiyalar Mütəxəssisi Temara er-Rifai Qəzzada son vəziyyəti dəyərləndirərək deyib: "Hər 2 min adama bir duş kabinası və hər 500 nəfərə bir tualet düşür. Vəziyyət tamamilə ümidsizdir".
Rifai həmçinin bildirib ki, işğal rejiminin Qəzzada UNRWA qərargahı və binalarına təşkil etdiyi ən azı 270 hücum nəticəsində 372 nəfər həlak olub.
BMT-nin baş katibi Antonio Quterres də məsələyə münasibət bildirib:
"UNRWA Qəzzada humanitar işlərin əsasını təşkil edir. Mən bütün üzv dövlətləri UNRWA-nın həyat qurtaran işini davam etdirməsinə dəstək verməyə çağırıram".