UNRWA: Qəzza zolağına yardımın çatdırılması ölüm-dirim məsələsidir

UNRWA: Qəzza zolağına yardımın çatdırılması ölüm-dirim məsələsidir

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) sionist rejimin Qəzzə zolağında Fələstin əhalisinə humanitar yardım çatdırılmasına mane olmasına toxunaraq, Qəzzə zolağına yardımın çatdırılmasının ölüm-dirim məsələsi olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, UNRWA öz bəyanatında əlavə edib: “Təcili və zəruri olaraq humanitar yardımın çatdırılması üçün təhlükəsiz keçidə və bu sahədə fəal kadrlara ehtiyacımız var.”

Bəyanatda qeyd olunur ki, ailələr və uşaqlar sığınacaq və təhlükəsizlik axtarışı ilə Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərindəki UNRWA məktəblərinə qayıdırlar.

Xəbəri paylaş

VİDEOLAR