İsrailin oktyabrın 7-dən bəri bombaladığı Qəzza zolağında 100 minə yaxın insanın öldüyü, yaralandığı və ya itkin düşdüyü bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Orta Şərq Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini "X" sosial media platformasında etdiyi paylaşımda Qəzza əhalisinin 80 faizindən çoxunun didərgin düşdüyünü qeyd edib.
Qəzzada 17 min uşağın müdafiəsiz qaldığına və ya ailələrindən ayrı düşdüyünə diqqət çəkən Lazzarini deyib:
"Qəzzada 4 aylıq müharibə zamanı 100 minə yaxın insan həlak olub, yaralanıb və ya hazırda itkin düşüb. Bu, əhalinin təxminən 5 faizinə bərabərdir. Bunun şəhərinizdə və ya ölkənizdə bunun nə demək olduğunu asanlıqla başa düşə bilərsiniz."
Qəzzada qarşıdurmaların davam etdiyini vurğulayan Lazzarini "Müharibə fasiləsiz davam edir, lakin qalib olmayacaq. Yalnız ağrı, səfalət və kədər olacaq. Atəşkəs zamanıdır. Qəzzadakı, İsraildəki, bölgənin başqa yerlərində və ondan kənarda yaşayan insanların xeyrinə fərqli yola ehtiyac var" deyib.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, İsrailin 7 oktyabrdan bu yana həyata keçirdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 27 min 478 nəfər həlak olub, 66 min 835 fələstinli isə yaralanıb.