UNICEF: Dünyada 8 milyon uşaq aclıqdan ölmək üzrədir

UNICEF: Dünyada 8 milyon uşaq aclıqdan ölmək üzrədir

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ərzaq qıtlığından ən çox təsirlənən 15 ölkədə milyonlarla uşaq üçün tədbirlər gördüyünü açıqlayıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstan, Burkina Faso, Çad, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, Keniya, Madaqaskar, Mali, Niger, Nigeriya, Somali, Cənubi Sudan, Sudan və Yəməndə 5 və daha aşağı yaşda olan 8 milyon uşağın, qida çatışmazlığından ölmək riski altında olduğunu açıqlayan UNİCEF, uşaq ölümlərində potensial partlayışın qarşısını almaq üçün, bu ölkələri "sürətləndirmə planına" daxil etdiyini bəyan edib.

 UNICEF, ilin əvvəlindən qlobal ərzaq böhranının təsirlərinin kəskinləşməsi ilə əlaqədar 260 min uşağın ölüm riski səviyyəsinə gəldiyini və bunun dəqiqədə bir uşağın ölməsi demək olduğunu bildirərək, alınacaq tədbirlərin sürətləndirilməsinin vacibliyinə diqqət çəkib. 

Böhranın dərinləşməsində Ukrayna müharibəsi ilə əlaqədar artan ərzaq qiymətlərinin, bir çox ölkədə iqlim dəyişikliyi səbəbindən uzunmüddətli quraqlığın və pandemiyanın iqtisadi təsirlərinin rol oynadığı bildirilib.

Bu 15 ölkənin təcili olaraq ərzaq və dərman yardımına ehtiyacı olduğunu bəyan edən UNICEF, yaxın günlərdə Almaniyada görüşəcək olan Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Kanadadan ibarət G7 ölkələrinə çağırış edib.

UNICEF G7 ölkələrindən 1,2 milyard dollarlıq yardım paketi istəyib.

Xəbəri paylaş

VİDEOLAR