UNİCEF-dən Qəzza ilə bağlı həyəcan SİQNALI: Uşaqlar...

UNİCEF-dən Qəzza ilə bağlı həyəcan SİQNALI: Uşaqlar...

BMT-nin Uşaq Fondu olan UNICEF Qəzzanın cənubunda köçkün uşaqların yaşaması üçün lazım qədər suyun olmadığını bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, UNICEF-in icraçı direktoru Ketrin Russel bu haqda bildirib.

"Təhlükəsiz su olmadan, yaxın günlərdə daha çox uşaq yoxsulluq və xəstəlikdən öləcək. Uşaqlar və onların ailələri çox duzlu və ya çirklənmiş təhlükəli mənbələrdən gələn sudan istifadə etməyə məcbur olurlar'', -deyə o qeyd edib.
BMT-nin Uşaq Fondu bildirib ki, dekabrın əvvəlindən etibarən yüz minlərlə insanın sığındığı Rəfahda su və kanalizasiya sistemləri işlənilməz-kritik vəziyyətə salınıb.
UNICEF su qıtlığının hal-hazırda 5 yaşdan kiçik uşaqlarda ishal hallarının 20 dəfə artmasına səbəb olduğunu da qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR