"Qəzzanı xilas etmək dini bir öhdəlikdir!"
Az.rasthaber.com xəbər verir ki, Ümumdünya Müsəlman Alimləri Birliyinin sədri Əli Muhyiddin əl-Qaradaqi də sionist rejimin Qəzzada törətdiyi soyqırım və müsəlmanlara qarşı zülmə qarşı çağırış edib.
Qaradaği xüsusilə İslam ölkələrində iqtidarda olan liderlərə xitab edərək deyib:
"Müsəlman ölkələri və liderləri Qəzzaya ordularını səfərbər etməlidirlər. Bu, müsəlman rəhbərləri üçün vacibdir. Qəzzanı aclıqdan xilas etmək müharibəyə səbəb olsa belə, dini bir borcdur”.