Ümumdünya hicab günü onlayn rejimdə qeyd ediləcək

Ümumdünya hicab günü onlayn rejimdə qeyd ediləcək

COVID-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə tətbiq edilən məhdudiyyətlərdə əlaqədar Ümumdünya hicab gününə həsr olunan əksər tədbirlər onlayn rejimdə keçiriləcək.

Rasthaber Azərbaycan xəbər verir ki, müxtəlif din və milliyyətlərə mənsub qadınlar #WorldHijabDay qeyd edəcəklər və müsəlman qadınlara dəstəklərini nümayiş etdirəcəklər.
Bu günə həsr edilən konfrans “Facebook” və “Yotube”də birbaşa yayımlanacaq.

“2021-ci il fevralın 1-də Ümumdünya hicab gününə həsr edilən virtual konfransımız haqqında məlumat verməyimizdən məmnunluq duyuruq”, – təşkilatçıların yaydıqları bəyanatda deyilir.

Qeyd edək ki, fevralın 1-də Ümumdünya hicab günü dünyanın 140-dan artıq ölkəsində qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR