"Ukrayna üçün susmuruqsa, Fələstin haqqında da danışa bilərik"

Squash idman növü üzrə dünya ikincisi olan, misirli idmançı Əli Fərəq, Londonda keçirilən turnirdə çempion olduqdan sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Az.rasthaber.com xəbər verir ki, misirli idmançı Əli Fərəq Londondakı Wimbledon klubunda Optasia Çempionatını qazandıqdan sonra Ukrayna-Rusiya müharibəsi barədə danışıb.
Ukraynada baş verənlərin onu narahat etdiyini deyən Fərəq: "Hazırda Ukraynada baş verənləri hamımız görmüşük və heç kim baş verənlərə sevinmir", - deyə bildirib.
O, uzun illər idmanda siyasətin müzakirəsinə icazə verilmədiyini, indi isə vəziyyətin dəyişdiyini diqqətə çatdırıb.
Misirli idmançı çempionluq nitqində İsrailin Fələstinlə bağlı problemlərinə diqqət çəkib: 
"Dünyada heç kim bir cinayəti və zülmü əsla qəbul etməməlidir. Amma idmanda siyasət haqqında danışmağımıza heç vaxt icazə verilmədi. İndi isə vəziyyət dəyişib. Bizə icazə verildiyinə görə, ümid edirəm ki, insanlar dünyanın hər yerindəki zülmlərdən danışarlar.
Yəni, fələstinlilər son 74 ildir bunu yaşayırlar və düşünürəm ki, bu Qərb mediasının işinə gəlmədiyi üçün bu haqda danışmadıq. Lakin, indi Ukrayna üçün danışırıqsa, Fələstin haqqında da danışa bilərik. Odur ki, xahiş edirəm bunu da nəzərə alın".
Qeyd edək ki, Squash idmanında dünyanın 2 nömrəsi olan Fərəq, Optasia turnirində Dieqo Eliası 4-11, 11-8, 11-8 və 13-11 hesabı ilə məğlub etdiyi halda, matçın sonundakı çıxışı turnir təşkilatının Youtube kanalında yayımlanmayıb. 

Xəbəri paylaş

VİDEOLAR