Ukrayna təhlükəsizlik qüvvələri öz müzakirə qrupunun üzvünü güllələyib

Ukrayna təhlükəsizlik qüvvələri öz müzakirə qrupunun üzvünü güllələyib

Ukrayna mətbuatının yaydığı məlumata görə, Kiyevin Rusiya ilə danışıqlar aparan müzakirə qrupu üzvü Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən başından güllələnərək öldürülüb.

 


Russia Today-ın məlumatına görə, Ukrayna parlamentinin (Rada) deputatı Aleksandr Dubinski öz Teleqram kanalında Denis Kireevin vətənə xəyanətdə ittiham edildiyini və Ukrayna təhlükəsizlik qüvvələrinin onu həbs etmək istəyərkən Peçersk məhkəməsi yaxınlığında başından güllələndiyini bildirib. .

Əl-Məyadin telekanalı da Ukrayna təhlükəsizlik xidmətinin Ukrayna danışıqlar qrupunun üzvü Denis Kireevi dövlətə xəyanətdə ittiham edərək qətlə yetirdiyini bildirib.

 

Xəbəri paylaş

VİDEOLAR