4.03.2022 15:26:15
Martın 4-də səhər saatlarında Rusiya qoşunları Ukraynanın cənubundakı Nikolayev şəhərinə daxil olub.
Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, bunu Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim deyib.
O sakinləri təvişə düşməməyə, qadın və uşaqları evləri tərk etməməyə çağırıb.
Onun sözlərinə görə, hazırda şəhərin Oktyabrsk rayonunda döyüşlər gedir.