Ukrayna rus diplomatları deportasiya edəcək

Ukrayna rus diplomatları deportasiya edəcək

Ukrayna Rusiyanın Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyuku deportasiya etmәsindәn sonra Rusiyanın Kiyevdәki sәfirliyinin diplomatını deportasiya edәcәyini açıqlayıb.

Rasthaber trthaber-ə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda Ukraynanın Sankt-Peterburqdakı konsulu Alensandr Sosonyuka qarşı irәli sürülәn ittihamların rәdd edildiyi bildirilib.

Sosonyukun saxlanılaraq deportasiya edilmәsinin qınandığı bәyanatda Rusiyanın diplomatik münasibәtlәrә dair 1961-ci ildә әldә olunan Vyana müqavilәsini pozduğu vurğulanıb.

Bәyanatda bu provokasiyalara cavab olaraq Rusiyanın Ukraynadakı sәfirliyinin bir diplomatının deportasiya edilәcәyi qeyd olunub.

Rusiya Federal Tәhlükәsizlik Xidmәti Aleksandr Sosonyukun ‘‘gizli mәlumatlar'' әldә etdiyini  irәli sürәrәk saxlamışdı.

Ukrayna Xarici İşlәr Nazirliyinin sözçüsü Oleq Nikolenko buna lazımi cavabın verilәcәyini açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR