Ukrayna rəsmisi ölkədə demokratiyanın inşasını mənasız adlandırdı

Ukrayna rəsmisi ölkədə demokratiyanın inşasını mənasız adlandırdı

Bu barədə Ukrayna prezidentinin ofis başçısının müşaviri Aleksey Arestoviç bildirib.

Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstandakı uğursuzluğundan sonra Ukraynada "yeni, demokratik dövlətin” inşası uğrundakı mübarizə mənasızdır.

Onun sözlərinə görə, Əfqanıstandakı hadisələr liberal demokratiya doktrinasının iflasını nümayiş etdirdi.

Arestov deyib ki, artıq ABŞ özünün yanlış təsəvvürlərinin nəticələrini dadır və bu yanlış fikirlərə “yüzlərlə milyard dollar və yüzminlərlə canlar sərf edilib”.

“30 ildən sonra müəyyən olur ki, liberal demokratiya insanları, dövlətləri və institusiyaları məhv edir”, - deyə o, əlavə edib.

O qeyd edib ki, “Ukraynada “yeni, demokratik dövlətin” inşası uğrunda mübarizənin mənası yoxdur”.

Xəbəri paylaş

VİDEOLAR