Ukrayna XİN başçısı Dmitro Kuleba Hüseyn Əmir Abdullahian ilə telefon bağlantısı yaratdığını və İrana təşəkkür etdiyini bildirib.
Bu gün Ukraynanın xarici işlər naziri Dmitro Kuleba iranlı həmkarı ilə telefon danışığı barədə Tvitter sosial şəbəkəsindəki hesabında məlumat verib.
O, bununla bağlı yazıb:
“(İran İslam Respublikası) Xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla telefon danışığım oldu. İran Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını dəstəkləmir və diplomatik həll yolunu dəstəkləyir. İran Xarici işlər naziri Əmir Hüseyn Abdullahiana İran şirkətləri vasitəsilə Rusiyaya silah göndərilməsi xəbərini rədd etdiyinə görə, eləcə də Ukraynaya göndərilən həkim heyətinə görə təşəkkür edirik”.