Ukrayna: İran müharibəyə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir

Ukrayna: İran müharibəyə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian kütləvi informasiya vasitələrində İranın guya Rusiyaya silah göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz Twitter hesabında yazıb.

“Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana zəng etdim. İran Rusiyanın Ukrayna ilə müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. Xarici işlər naziri Abdullahiana İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü ilə bağlı iddiaları təkzib etdiyinə, eləcə də Ukraynaya göndərilən həkimlərdən ibarət heyətə görə minnətdaram”, - Kuleba qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR