Ukrayna: Hər gün yüzlərlə hərbçimiz ölür

Ukrayna: Hər gün yüzlərlə hərbçimiz ölür

Ukrayna ordusunun hər gün 100-200 hərbi qulluqçusu ölür.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin başçısının müşaviri Mixail Podolyak bildirib.

O, bu cür böyük itkilərin əsas səbəblərindən biri kimi Rusiya və Ukraynanın imkanları arasında paritetin (bərabərliyin) olmamasını göstərib.

Ukraynalı rəsminin sözlərinə görə, rəsmi Kiyevin Qərbin yüzlərlə artilleriya sisteminə ehtiyacı var. Xüsusilə də, Ukraynaya 300-dək reaktiv sistem lazımdır.

Xatırladaq ki, daha öncə Ukrayna müdafiə naziri Aleksey Reznikov, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski də demişdi ki, Ukrayna ordusunun hər gün 60-100 hərbçisi ölür və 500-dək hərbçisi də yaralanır.

Xəbəri paylaş

VİDEOLAR