Uhanda sonuncu koronavirus xəstələri sağalıb

Uhanda sonuncu koronavirus xəstələri sağalıb

Çinin Uhan şəhərində koronavirusdan müalicə olunan son üç xəstə evə buraxılıb.

Trend-in məlumatına görə, şəhərdə COVID-19 infeksiyasına yoluxmuş şəxs qalmayıb.

Bundan başqa, Hubey əyalətində də bütün xəstələrin sağaldığı deyilir.

Uhan şəhərində xəstəliyi simptomsuz keçirmiş 28 nəfərə karantindən buraxılıb. 217 nəfər simptomsuz şəxs özünütəcriddə qalır.

Xatırladaq ki, koronavirus pandemiyası ilk dəfə Hubey əyalətinin mərkəzi Uhandan yayılmağa başlayıb.

Bu günədək dünyada 6,7 milyondan çox şəxs virusa yoluxub, 393 449 nəfər ölüb, 3,2 milyondan çox şəxs sağalıb.

Xəbəri paylaş

VİDEOLAR