Üç yaşlı Zəhranın oğurlanması ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Üç yaşlı Zəhranın oğurlanması ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Bakının Sabunçu rayonunda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanmaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, ötən il Sabunçu rayon Sabunçu qəsəbə sakini, 2015-ci il təvəllüdlü Bağırzadə Zəhra Rəsul qızı iyunun 4-də günorta saatlarında yaşadığı evdən itkin düşmüşdü.

Daha sonra azyaşlının 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı tərəfindən oğurlandığı məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən azyaşlı iyunun 6-da tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş

VİDEOLAR