Təzə Pir məscidində Anım Günü və Ərbəin qeyd olunub

Təzə Pir məscidində Anım Günü və Ərbəin qeyd olunub

Bakının "Təzə Pir" məscidində bu gün ölkədə qeyd olunan "Anım Günü" münasibətilə tədbir keçirilib

Rasthaber Azərbaycan xəbər verir ki, mərasimdə Bütün Qafqazın Şeyxi, QMİ sədri Hacı Allahşükür Paşazadə, din xadimləri və dindarlar iştirak ediblər.

QMİ sədri  çıxışı zamanı Azərbaycan xalqının tarixində bu günü Zəfər Yolunun başlanığıcı olduğunu deyib: “Qələbəmiz naminə qurbanlar verdik, dini və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları Vətən yolunda canlarını fəda etdilər. Onların hər birinin boynumuzda haqları vardır. Bu gün biz Vətən uğrunda şəhid olanlarımızı rəhmət dualarıyla yad edir, ailələrinə, yaxınlarına başsağlığı veririk. Vətən müharibəsində şücaət göstərərək şəhidlik məqamına yüksəlmiş Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik."

Allahşükür Paşazadə Ərbəin haqqında da danışıb.

“Bu gün İslam tarixində böyük önəmi olan bir gün — şəhidlik məktəbinin ali nümayəndəsi Həzrət İmam Hüseyn əleyhissəlamın şəhadətinin 40-cı günü – Ərbəin qeyd olunur. Bu günün özəlliyi və əhəmiyyəti 1400 ilə yaxın müddət ərzində ümmətin yaddaşında qorunub saxlanılan, iman və ədalət uğrunda şəhidliyə hazır olmağın rəmzi kimi yad olunmasıdır. Vətən şəhidlərimizin Anım gününün məhz bu tarixə təsadüf etməsinin özündə də bir ilahi hikmət vardır. Zəfəri bizə bəxş edən şərafətli şəhidlərimizin anaları başlarını dik tutsunlar, Vətən onların Allahın cənnətinə ucalmış övladları ilə fəxr edir, qürur duyur”, -Bütün Qafqazı deyib.

Xəbəri paylaş

VİDEOLAR