Təxminən 100 amerikalı hələ də Əfqanıstanda qalıb

Təxminən 100 amerikalı hələ də Əfqanıstanda qalıb

Hələ də 100-ə yaxın Amerika vətəndaşı Əfqanıstanda qalıb və oranı tərk etmək istəyir.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbərinə görə/. Dövlət Departamenti bazar ertəsi bildirib ki, onların təxliyəsi üçün ən böyük maneə "Talibandan nəyin gözlənilib, gözlənilmədiyidir".

"Əlbəttə ki, vətəndaşlarımızın və başqalarının Əfqanıstandan çıxmasına ən böyük maneə kimin gedib-getməyəcəyinə icazə verən Talibanın gözlənilməzliyi olaraq qalır" - deyə, Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bazar ertəsi jurnalistlərlə brifinq zamanı bildirib.

"İkinci böyük maneə ölkəni ayrılmaq istəyən insanların əvvəlcədən bilmələri üçün kommersiya təyyarələrinin müntəzəm olmamasıdır" - deyə, o əlavə edib.

Rəsmi hazırda təxminən 100 Amerika vətəndaşının və daimi sakininin hazırda "getməyə hazır" olduğunu təxmin edib.

Dövlət Departamenti rəsmilərinin Əfqanıstandan təxliyə uçuşlarını həyata keçirən xüsusi qruplar, eyni zamanda amerikalıların təhlükəsiz çıxışını müzakirə etmək üçün Talibanla "müntəzəm" olaraq əlaqə saxladıqlarını deyib.

ABŞ-ın ordusunu çıxardığığını elan etməsindən və Talibanın avqustun sonunda paytaxtın nəzarətini əlinə almasından sonra Əfqanıstandan təxminən 124 min insan çıxarılıb.

Dövlət Departamentinin bildirdiyinə görə, ABŞ qüvvələri avqustun 31-i Əfqanıstanı rəsmi olaraq tərk etdikdən sonra 85 amerikalı ölkəni tərk edə bilib.

Xəbəri paylaş

VİDEOLAR