Tvitter HƏMAS-ın hesabını bağlayıb

Tvitter HƏMAS-ın hesabını bağlayıb

Tvitter Fələstinin İslami Müqavimət Hərəkatının rəsmi hesabını bağlayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə HƏMAS digər sosial şəbəkələrdəki hesabları üzərindən məlumat yayıb.

Bildirilib ki, Tvitter İsrailin istək və tələblərinə uyğun olaraq hərəkatın hesabını heç bir əsas olmadan bağlayıb.

Tvitter sionistlərin hesabatları ilə uyğun olaraq fələstinlilərin səsini kəsməkdədir. Bu elə bir halda baş verir ki, Tvitter Fələstinlə bağlı paylaşımların məzmunlarında çətin şərtlər irəli sürür, lakin işğalçı rejimin yalanlarına şərait yaradır”, deyə hərəkat verdiyi bəyanatında əlavə edib ki, bu platforma Fələstin xalqının və onun legitim haqqı ilə bağlı ikili standartlı yanaşmaqdadır.

Xəbəri paylaş

VİDEOLAR