Türkmənistanda prezident seçkiləri kampaniyasına start verildi

Türkmənistanda prezident seçkiləri kampaniyasına start verildi

Bu gün Türkmənistanda prezident seçkiləri öncəsi kampaniyaya start verilib. İlkin mərhələ namizədlərin irəli sürülməsi mərhələsidir.

Az.rasthaber.com “Report”-a xəbər verir ki, ölkənin Seçki Məcəlləsinə əsasən, seçkilərin elan edilməsi tarixinədək qeydiyyatdan keçmiş siyasi partiyalar, həmçinin vətəndaş qrupları namizəd irəli sürmək hüququna malikdir.

Siyasi partiyalar qurultay vasitəsilə öz namizədlərini irəli sürür. Türkmənistanda 3 siyasi partiya fəaliyyət göstərir. Bunlar Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.

Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR