Türkmənistanda maska rejimini pozanlara maraqlı cəza

Türkmənistanda maska rejimini pozanlara maraqlı cəza

Ölkədə maska rejiminin pozulmasına görə cərimə 60 türkmən manatı və ya 17 dollardır.

Türkmənistanın Marı vilayətində maska rejimini pozan, amma cəriməni ödəyə bilməyən şəxslər pambıq yığmağa göndərilib.

Rasthaber Azərbaycan Trend-ə istinadlı məlumatına görə, Bayraməli şəhərinin 30-a yaxın sakini bu cür işlərə cəlb olunub.

Qeyd olunur ki, cərimələnən şəxs günə 20 kiloqram pambıq yığandan sonra pasportunu polis tərəfindən geri ala bilər.

 

Ölkədə maska rejiminin pozulmasına görə cərimə 60 türkmən manatı və ya 17 dollardır.

Qeyd edək ki, bu günədək Türkmənistanda koronavirusa yoluxma halı barədə məlumat verilməyib. Amma ölkədə maska rejimi tətbiq olunur və bir sıra müəssisələrin işi məhdudlaşdırılıb.

Xəbəri paylaş

VİDEOLAR