Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu İrandan olan həmkarı Hüseyn Əmir Abdullahianla telefon әlaqәsi saxlayıb.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barәdә Türkiyən XİN-dən məlumat verilib.
Bildirilib ki, tәrәflәr ikitәrәfli münasibәtlәr, Ukraynadakı son vәziyyәt, Antalya Diplomatiya Forumu vә forum çәrçivәsindә keçirilәcәk tәdbirlәr ilә Avstriyanın paytaxtı Vyanada aparılan nüvә danışıqlarını müzakirә ediblәr.