Türkiyəyə qarşı hədə: Müharibə reallaşa bilər

Türkiyəyə qarşı hədə: Müharibə reallaşa bilər

Fransa Aralıq dənizinin şərq hissəsinə öz hərbçilərini göndərəcək.

Ölkə Yunanıstanı Türkiyənin "aqressiv hərəkətlərindən" qorumaq üçün regionda mövcudluğunu gücləndirmək istəyir. Bu barədə Rasthaber Azərbaycan "Sputnik"-ə istinadən xəbər verir.

Məlumata əsasən söhbət iki ədəd "Rafale" qırıcılarından və "Lafayette" freqatından gedir. Rəsmi Parisə yaxın olan mənbənin sözlərinə görə, bu qərarı Fransa Prezidenti Emmanuel Makron verib. Belə ki, Fransa lideri Türkiyənin "birtərəfli qaydada" şelfi qazmaq niyyətindən narahatdır.

Qeyd olunur ki, Fransa "regionda dəniz gəmiçiliyinin təhlükəsizliyi və azad hərəkətinin, habelə beynəlxalq hüquq normalarına hörmətlə yanaşıldığına" əmin olmaq istəyir.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsinə isə Kipr Respublikasının nəzarəti altındadır.

Xəbəri paylaş

VİDEOLAR