Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftə İraq və Kürdüstan bölgəsinin yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün Bağdad və Ərbilə səfər edəcək.
Az.rasthaber.com xəbər verir ki, Fidanın Kürdüstan bölgəsinə səfəri çərçivəsində İraq Kürdüstanı Demokratik Partiyasının (KDP) lideri Məsud Bərzani, İraq Kürd Regional Rəhbərliyinin (İKRG) sədri Neçirvan Bərzani, baş nazir Məsrur Bərzani və baş nazirin müavini Kubad Talabani ilə görüşəcəyi gözlənilir.
Görüşlərdə Ərbil və Ankara münasibətləri müzakirə olunacaq.
Hökumət sözçüsü Peşava Həvrami Fidanın Kürdüstan bölgəsi və İraqa səfərini təsdiqləyərkən, İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Səhaf isə Hakan Fidanın bir çox yüksək səviyyəli rəsmilərlə, xüsusilə İraqın baş naziri Məhəmməd Şia əs-Sudani və xarici işlər naziri Fuad Hüseynlə görüşəcəyini təsdiqləyib.