Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 649-a çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 649 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (6 aprel üçün) 75 koronavirusa yoluxmuş xəstə ölüb və 21400 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 3148 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 30217-ə çatıb, sağalanların sayı 1326 olub.