Türkiyənin Milli Müdafiə naziri Bərzani ilə görüşüb

Türkiyənin Milli Müdafiə naziri Bərzani ilə görüşüb

İraqa rәsmi sәfәr edәn Türkiyәnin milli müdafiә naziri Hulusi Akar İraq Kürd Regional Rәhbәrliyinin başçısı Nәçirvan Bәrzani ilә görüşüb

Rasthaber Azərbaycan xəbər verir ki,  İraq Regional Rәhbәrliyinin başçısı Nәçirvan Bәrzani Hulusi Akarı ‘‘Hörmәtli nazirim xoş gәldiniz’’ ifadәsi ilә qarşılayıb.

Hulusi Akar vә Nәçirvan Bәrzani tәkbәtәk baş tutan görüşdәn sonra keçirilәn heyәtlәr arasındakı görüşә dә sәdrlik ediblәr.

Görüşdәn әvvәl Hulusi Akar görüşlәrin bölgә, İraq vә Türkiyә üçün xeyirli nәticәlәr vermәsini arzulayıb. Bәrzani dә Akarı qarşılamaqdan duyduğu mәmnuniyyәti ifadә edib.

Hulusi Akar daha sonra İraq Türkmәn Cәbhәsinin Ərbildәki ofisinә baş çәkib.

İraq Türkmәn cәbhәsinin rәsmisi Aydın Maruf Sәlimin rәhbәrlik etdiyi nümayәndә heyәti tәrәfindәn qarşılanan Hulusi Akar deyib: ‘‘Türkiyәnin ürәyi sizinlә döyünür’’.

Bağdad vә Erbildә әhәmiyyәtli, faydalı vә konstruktiv görüşlәr keçirdiyini bildirәn Hulusi Akar problemlәrin hәll edlmәsi üçün birgә işlәmәnin әhәmiyyәtinә diqqәt çәkib.

‘‘Başda terror olmaqla bütün problemlәrin hәll edilmәsini arzulayırıq. Sizin vә bütün iraqlı qardaşlarımızın refah içindә yaşamasını istәyirik. Bunun qarşısındakı әn böyük maniә terror tәşkilatı PKK-dır’’,-deyә Hulusi Akar vurğulayıb.

İraq Türkmәn cәbhәsinin rәsmisi Aydın Maruf Sәlim dә öz növbәsindә  Akarın rәhbәrlik etdiyi nümayәndә heyәtini Erbildә qarşıladığı üçün mәmnun olduğunu deyib.

‘‘Bizim üçün әhәmiyyәtlisiniz. Fәaliyyәtlәrinizi sonunadәk dәstәklәyirik’’,-deyә Aydın Maruf Sәlim qeyd edib.

Nazir Hulusi Akar vә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr Türkiyәnin Erbildәki Baş Konsulluğuna baş çәkdikdәn sonra vәtәnә qayıdıb.

Xəbəri paylaş

VİDEOLAR