Türkiyədən ABŞ-a etiraz: PKK ilə saziş suverenliyə zərbə və terrorizmin maliyyəsidir

Türkiyədən ABŞ-a etiraz: PKK ilə saziş suverenliyə zərbə və terrorizmin maliyyəsidir

Türkiyə Amerika şirkəti ilə bölücü terror təşkilatı YPG/PKK arasında bağlanan neft müqaviləsinə etiraz bildirib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə XİN məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyi YPG/PKK terror təşkilatına bənzər SDG (Suriya Demokratik Qüvvələri) ilə Amerika şirkəti arasında imzalanan neft müqaviləsini “beynəlxalq hüququ heçə sayma, Suriyanın torpaq bütövlüyü, birliyi və suverenliyinə zərbə və terrorizmin maliyyəsi” adlandırılıb.

Türkiyə ABŞ-ın bu addıma dəstək verməsindən təəssüfləndiyini və bunun qəbuledilməz hərəkət olduğunu bildirib.

Nazirlikdən edilən şərhdə bunlar da yazılır: “Suriyada SDG adından istifadə edən terror təşkilatı YPG/PKK-nın Suriyanın şimal-şərqindəki torpaqlarda neft çıxarmaq, işləmək və ticarətini etmək üçün Amerika Birləşmiş Ştatlarında yerləşən “Delta Crescent Energy LLC” şirkətilə müqavilə imzalaması mətbuatda yayılıb. YPG/PKK terror təşkilatı bu addımla Suriya xalqının təbii qaynaqlarına əl qoyaraq bölücü fəaliyyətini genişləndirəcəyini açıq-aşkar ortaya qoyur. Halbuki Suriyanın təbii qaynaqları Suriya xalqına məxsusdur”.

Xəbəri paylaş

VİDEOLAR