2.08.2023 10:13:59
Türkiyənin Ərzurum vilayətinin Narman rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerli vaxtla dünən saat 21:37-də 9,56 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bu gün Türkiyə ərazisində bir neçə zəlzələ baş verib.