Türkiyədə koronavirusu 10 saniyəyə aşkar edən cihaz ixtira edildi

Türkiyədə koronavirusu 10 saniyəyə aşkar edən cihaz ixtira edildi

Türkiyənin Bilkent universitetindən olan alimlər bu ixtiranı ediblər

Rastahber Azərbaycan xəbər verir ki, Türkiyənin Bilkent universitetindən olan alimlər COVID-19-u 10 saniyə ərzində aşkar etməyi bacaran cihaz hazırlayıblar.

“İxtira COVID-19 infeksiyasına səbəb olan virusu ağız boşluğundan olan tüpürcək nümunəsi əsasında maksimum 10 saniyə ərzində aşkar etməyə imkan verir”, – deyə qeyd edilib.

Hazırlanmış optik diaqnostika sistemi virus olduqda işıqlanma rəngini dəyişir, bununla da virusları yüksək seçmə qabiliyyəti ilə aşkar edir.

Pasiyentdən götürülmüş tüpürcək nümunəsi xüsusi məhlulla qarışdırılır və patogenlərin aşkar edilməsi çipinə yerləşdirilir, bundan sonra virus fluorestsent siqnalla yüksək dəqiqliklə müəyyən edilir. Önkliniki sınaqların məlumatlarına əsasən, cihaz koronavirusun aşkar edilməsində 99%-lik effektivlik göstərib.

Xəbəri paylaş

VİDEOLAR