Türkiyədə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 30 nəfərə çatıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.
O, deyib: “Koronavirus epidemiyası nəticəsində 9 nəfər də həlak oldu, daha 289 nəfərdə yeni növ koronavirus aşkar edildi. İndiyədək virusa yoluxanların sayı 1236 nəfərə çatıb''.
Nazir Fəxrəddin Koca bu günədək 20 mindən çox adama koronavirusla bağlı test edildiyini deyib.
''Tədbirlər görməyə davam edəcəyik və virusun öhdəsindən gələcəyik'', - deyə Fəxrəddin Koca qeyd edib.
BUGÜNE KADAR toplam 20.345 test yapıldı, 1.236 tanı kondu, hepsi yaşlı 30 hastamızı kaybettik. Hastalık ülkemizde yokken, “yok” dedik. Şimdi gün gün durumu açıklıyoruz. Şeffaflığımızla sizi tedbire de davet ediyoruz. Tedbirli olalım. Bu ülke, bu tehdide yenik düşmeyecek.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 22, 2020