Türkiyədə yeni növ koronavirus (Kovid-19) epidemiyasına yoluxanların sayı 47 nəfərə çatıb.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.
Fəxrəddin Koca bildirib ki, 29 nəfərdə də yeni növ koronavirus aşkar edilib. Bunların əksəriyyəti ABŞ, Orta Şərq ölkələri, Avropa və Ümrədən qayıdan vətəndaşlardır.
Bu arada vətəndaşları koronavirus epidemiyasından qorumaq və virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.
Bugün 29 yeni tanı kondu. Yeni tanı konanlarla birlikte toplam hasta sayımız 47 oldu. Son 29 vakanın tamamı doğrudan veya dolaylı olarak ABD, Ortadoğu ve Avrupa temaslıdır, 3’ü Umreden döndü. Yurt dışı teması risk olmaya devam edecek. Tedbirleri sıkı uygulayalım.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 16, 2020
Bu çərçivədə dünyada sürətlə yayılan yeni növ koronavirusun qarşısının alınması məqsədilə Türkiyədə ictimai və sosial obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb. Məlumatda qeyd edilib ki, əyləncə mərkəzləri, idman salonları, kino və teatr salonları da daxil olmaqla, vətəndaşların toplana biləcəyi bütün ictimai obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb.
Məlumatda həmçinin yerli vaxtla saat 08.00-dan etibarən İngiltərə, İsveçrə, Səudiyyə Ərəbistanı, Misir, İrlandiya və Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə edilən uçuşlar da müvəqqəti olaraq dayandırılıb.
Dini İşləri üzrə İdarənin rəhbəri Əli Erbaş bildirib ki, yeni növ koronavirusun yayılma təhlükəsi aradan qalxana qədər məscidlərdə xüsusilə cümə namazları qılınmayacaq.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan martın 18-də mövzu ilə əlaqədar iclas keçirəcək.