4.03.2022 11:56:17
Türkiyənin Tokat bölgəsində hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, 3-ü yaralanıb.
Az.rasthaber.com “Report”-a istinadən xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Hadisə Tokat-Niksar avtomobil yolunun Almus qovşağında baş verib. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.
Yaralılar Tokatdakı dövlət xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.