5.08.2020 11:05:20
Bir gündə 46 min 249 test edilərək 1083 yeni diaqnoz qoyulub.
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin yeni tip korona virusu (Covid-19) ilə mübarizəsində bugünkü can itkisi 18 nəfər olub. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 5765-ə çıxıb.
Bir gündə 46 min 249 test edilərək 1083 yeni diaqnoz qoyulub.
Xəstəxanadan buraxılan 994 adamla yaxşılaşanların sayı 218 min 491-ə yüksəlib.