24.02.2022 11:42:35
Türkiyə Xarici İşlər Nazirliyi Ukraynada başlayan müharibə ilə bağlı bu ölkədə yaşayan Türkiyə vətəndaşlarına çağırış edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, nazirlik bu barədə bəyanat yayıb.
Qurum vətəndaşları evdə və ya digər təhlükəsiz yerdə qalmağa, həmçinin, səyahət etməkdən çəkinməyə çağırıb.
Ölkəni tərk etmək istəyən vətəndaşlara lazımi dəstəyin də göstəriləcəyi bildirilib.