Türkiyə və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub

Türkiyə və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.

Az.rasthaber.com xəbər verir ki, danışıq zamanı Qurban bayramının ilk günü İsveçdə Quranın yandırılması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının sabah Ciddə şəhərində keçiriləcək Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıq məsələləri müzakirə olunub.

Fidan və bin Fərhan arasında keçirilən bu telefon danışığında İslamofobiya ilə mübarizə və regional əməkdaşlıq məsələləri də müzakirə edilib.

Xəbəri paylaş

VİDEOLAR